Putin barmağında nişan üzüyü ilə

18:40 | 14.02.2014
Putin barmağında nişan üzüyü ilə

Putin barmağında nişan üzüyü ilə

Boşanmış Rusiya prezidenti Vladimir Putin nişan üzüyü taxıb. ANS PRESS-in verdiyi məlumata görə, prezidentin üzüklü kadrlarını "LifeNews" paylaşıb. Kadrların Misirin müdafiə naziri Abdelfəttah as-Sisi ilə görüşü zamanı çəkildiyi iddia edilib. Maraqlısı odur ki, bir müddət sonra "LifeNews" bu fotonu silib və onun arxiv kadrı olduğunu yazıb. Lakin fotoda olan yerin interyeri və Putinin qalstuku Kremlin görüş barədə yaydığı video ilə uyğundur. Qeyd edək ki, Vladimir Putin 2013-cü ilin iyun ayında həyat yoldaşından ayrılıb. O zamandan şəxsi həyatı barədə heç bir ictimai məlumat yayılmayıb. Maraqlısı isə odur ki, bu ərəfədə uzun müddətdir Putinlə bir yerdə olduğu iddia edilən idmançı Alina Kabayevanın da barmağında üzüklə fotosu yayılıb. Foto gimnastın Soçi Olimpiyadasının açılışı zamanı lentə alınıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb