Putin BRİKS samitinin yeni mexanizimindən danışıb

16:57 | 26.09.2024
Putin BRİKS samitinin yeni mexanizimindən danışıb

Putin BRİKS samitinin yeni mexanizimindən danışıb

Rusiya BRİKS ölkələri ilə birlikdə bütün xarici ticarətə xidmət göstərmək üçün müstəqil ödəniş və hesablaşma sxemi yaratmaq üzərində işləyir. Bunu Rusiya Enerji Həftəsində (REW) çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
 
"BRİKS ölkələri ilə əməkdaşlığın bir hissəsi olaraq biz öz ödəniş və hesablaşma dövrəmizi yaratmağa çalışırıq ki, bu da bütün xarici ticarətə səmərəli və müstəqil xidmət göstərməyə şərait yaradacaq”, - Putin bildirib. 
 
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür