Rusiya prezidenti İranla "altılıq" ölkələri arasında razılaşmanı alqışlayıb
Bakı. 14 iyul. REPORT.AZ/ "Bu gün dünyanın rahat nəfəs aldığına əminəm".
"Report" "Kremlin.ru" saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İranın nüvə proqramı üzrə razılaşma haqda bəyanatında bildirib.
"Rusiya nüvə proqramının tənzimlənməsi üzrə "altılıq"la İranın birgə bəyənilən əhatəli fəaliyyət planını alqışlayır. Bu gün dünyanın rahat nəfəs aldığına əminəm", - Putin vurğulayıb.
Onun sözlərinə görə, Vyana razılaşmasının beynəlxalq və regional təhlükəsizliyi təmin etməsi və tam gücü ilə işləməsi üçün Rusiya ondan asılı olanları edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !