Putin “Crocus”da terrorçunu zərərsizləşdirərkən ölən şəxsi təltif edib

21:16 | 08.07.2024
Putin “Crocus”da terrorçunu zərərsizləşdirərkən ölən şəxsi təltif edib

Putin “Crocus”da terrorçunu zərərsizləşdirərkən ölən şəxsi təltif edib


"Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra "İgidliyə görə” ordeni ilə təltif edilib.Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

"Vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə, "Vnukovo Beynəlxalq Hava Limanı" Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov "İgidliyə görə” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda deyilir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM