Rusiya prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının final oyunu zamanı Braziliyaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, Putin dünya çempionatının keçirilmə hüququnun Rusiyaya təhvil verilməsi ilə bağlı təşkil ediləcək mərasimdə iştirak edəcək.Çempionatın final oyunu iyulun 12-də Rio-de-Janeyro şəhərindəki “Marakanф” stadionunda keçiriləcək. Mərasimdə Putindən başqa Braziliya prezidenti Dilma Rusef, DÇ-2018-ə hazıqlıq üzrə Komitənin üzvləri və oyunların keçiriməsi nəzərdə tutulan Rusiya şəhərlərinin nümayəndələri iştirak edəcək.DÇ-2018-in oyunları Rusiyanın 11 şəhərində keçiriləcək. Turnirdə 5 milyondan çox azarkeşin iştirak edəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !