"Report" xəbər verir ki, bu barədə o, jurnalistlərin Rusiya pilotları üçün yarana biləcək təhlükəyə ölkə rəhbərliyinin münasibətinin necə ola biləcəyinə dair sualını cavablandırarkən bildirib.
"Ümid edirəm ki, bu baş verməyəcək. Təhlükə həm də Amerika təyyarəçiləri üçün yaranacaq, Amerika rəhbərliyində necə olmasa düşüncəli insanlar əyləşib", — deyə Putin sualı cavablandırıb.
Prezidentin sözlərinə görə, Rusiya hərbçiləri Suriya ərazisində həm yerli, həm də Rusiya xalqının maraqlarını müdafiə edir.
"Əlbəttə ki, onlar həm sağlamlıqları ilə, həm də həyatları ilə risk edirlər. Mən onlarla fəxr edirəm. Onların hamısı əsl qəhrəmandırlar. Əgər, Allah göstərməsin, itki olarsa... Hələ 50 il əvvəl Leninqrad küçəsi mənə bir qaydanı öyrədib: əgər dava qaçılmazdırsa, o zaman birinci vurmaq lazımdır. Terrorçular prinsip etibarı ilə Rusiyaya nifrət edirlər. Onlar bizə qarşı mübarizə aparırlar. Onda bizə orada onlarla vuruşmaq daha yaxşıdır, nəinki burada", — deyə prezident bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !