Putin: "Dedi-qodusuz darıxdırıcı olur"

16:50 | 16.03.2015
Putin:

Putin: "Dedi-qodusuz darıxdırıcı olur"

Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə Sankt-Peterburqda görüşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüş zamanı ticarət-sərmayə və humanitar- mədəniyyət, energetika və başqa sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Məlumata görə, danışıqlar zamanı Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə V.Putinin sağlıq durmundan da danışılıb. Rusiya prezidenti deyib: "Dedi-qodusuz darıxdırıcı olur".

Qırğızıstan prezidenti isə görüşdən sonra bildirib ki, V.Putin özünü çox yaxşı hiss edir: "O avtomobil sürərək, məni ərazidə gəzdirdi". 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM