Putin Dünya Kuboku bayrağını aldı - FOTO

09:42 | 14.07.2014
Putin Dünya Kuboku bayrağını aldı - FOTO

Putin Dünya Kuboku bayrağını aldı - FOTO

FİFA prezidenti Jozef Blatter 2018-ci ildə Rusiyada keçiriləcək  Dünya Kuboku bayrağını Rusiya prezidenti Vladimir Putinə təslim edib.Axar.az xəbər verir ki, təntənəli mərasim Dünya Kubokunun finalının keçirildiyi “Marakana” stadionunda baş tutub.Braziliya prezidenti Dilma Rousseffin imzası ilə olan Dünya Kuboku topunu hədiyyə alan Putin futbolun insanları birləşdirdiyini, sülh və əminamanlığın yaratdığını dilə gətirib: “Bizim vəzifəmiz futbolçulara, mütəxəssis və azarkeşlərə yaxşı şəraitin yaradılması və təhlükəsizliyin təmin edilməsindən ibarətdir. Biz əlimizdən gələn hər şeyi edəcəyik”.Xatırladaq ki, 2018-ci ildə keçiriləcək Dünya Kuboku matçları Rusiyanın Moskva başda olmaqla Sankt Peterburq, Kalininqrad, Nijni-Novqorod, Kazan, Samara, Saransk, Volqoqrad, Rostov, Soçi və Yekaterinburq şəhərlərində keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti