Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağrılması barədə fərman imzalayıb.
Fərmana görə, ehtiyatda olan Rusiya vətəndaşları 2015-ci ildə "iki aya qədər hərbi xidmətə" çağrılacaq.
Bu tədbirlər hər il keçirilir. Ehtiyatda olan hərbçilər hazırlıq və yeni hərbi texnika ilə tanışlıq məqsədilə xidmətə çağrılır.
Xidmətə çağrılan hərbçilərin sayı və çağrılacağı regionlar məxfi məlumatdır, Rusina Müdafiə Nazirliyi əməkdaşı Forbes jurnalına bildirib.
BBC Azeri
Bizi sosial şəbəkələrdə izləyin !