Rusiya prezidentinin fərmanı ilə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Milli Məclisin spikeri Oqtay Əsədov «Dostluq» ordeni ilə təltif ediliblər.
Vladimir Putin bu sənədi martın 5-də imzalayıb.
Fərmanda deyilir ki, Oqtay Əsədov və Əli Həsənov «Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə» görə ordenə layiq görülüblər.
Bu haqda məlumat RF-nin hüquqi informasiya portalında yerləşdirilib.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !