Putin Əliyev və Paşinyan görüşündən konstruktiv inkişaf gözləyir

21:04 | 25.05.2023
Rusiya prezidenti Vladimir Putin  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Bakı və İrəvanın iqtisadi inkişafının maraqlarına cavab verən məsələlərin razılaşdırılmasının mümkün olacağını gözləyir. O bu barədə Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.  Bu barədə İnterfax agentliyi məlumat yayıb.

Onun fikrincə, cümə axşamı keçiriləcək üçtərəfli sammitdə tərəflər bütün məsələləri işgüzar qaydada müzakirə etmək imkanı əldə edəcəklər.

Rusiya prezidentinin sözlərinə görə, Əliyev çıxışında bildirib ki, yaranan şərait Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyaları daxil olmaqla 
müvafiq razılaşmanın əldə olunacağını ehtimal etməyə əsas verir. 

"Mən Ermənistanın baş nazirinin Ermənistanın da bununla bağlı düşündüyünü, bunun mümkün 
olduğunu hesab etdiyini, müsbət fikir olduğunu deməsindən məmnunam.Məncə biz  bu gün üçtərəfli görüşdə  bütün bunları müzakirə edə bilərik. Ermənistan, Azərbaycanın və bütün bölgənin iqtisadi inkişafı ilə bağlı  maraqları çərçivsində təmamilə üzdə olan məsələlərə dair razılıq əldə edəcəyimizə ümidliyəm",  - Rusiya prezidenti bildirib. 

Putin qeyd edib ki, terminologiya vacibdir, lakin "ərazi bütövlüyü kimi prinsipial məsələyə dair prinsipial xarakterli razılaşmanın artıq olması "daha vacibdir". "Və bu, ikinci dərəcəli xarakteri daşıyan digər məsələlərlə də bağlı razılığa gəlmək üçün həqiqi bazadır. Bizim razılaşdığımız kimi  üçtərəfli formatda hər şeyi sakit şəkildə müzakirə etmək imkanımız olacaq. Ümid edirəm ki, nəinki Ermənistan və Azərbaycan arasında, həm də bütövlükdə regionda vəziyyəti konstruktiv inkişaf yoluna çıxaracaq bəzi razılaşmalar əldə olunacaq”, - Rusiya prezidenti bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb