Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin məhsullarının Rusiya sərhədində məhv edilməsini nəzərdə tutan qərarı imzalayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat bürosu məlumat yayıb. Rəsmi açıqlamaya görə, Putinin imzaladığı qərar ayrı-ayrı fərdlərin öz ehtiyacları üçün aldığı məhsullarla bağlı deyil. Qərar kommersiya məqsədilə ölkəyə gətirilən məhsullardan gedir.
Artıq Rusiya Kənd Təsərrüfatı Nazirliyi qadağa qoyulan məhsullarla bağlı proseduru dərc edib. Rusiyaya idxal edilməsi qadağan olunmuş məhsulların arasında ət, ev heyvanları, balıq, dəniz məhsulları, süd məhsulları meyvə və tərəvəz var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !