Putin Ərdoğanın yürütdüyü siyasəti tərifləyib

14:29 | 24.10.2024
Putin Ərdoğanın yürütdüyü siyasəti  tərifləyib

Putin Ərdoğanın yürütdüyü siyasəti tərifləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Outreach/BRICS plus" formatında keçirilən sammitin ilk plenar iclasında çıxış edərək, ölkəsinin BRICS ölkələri ilə dialoqu inkişaf etdirmək niyyətində olduğunu qətiyyətlə vurğulayıb.


O, Türkiyədə baş verən terror aktı ilə bağlı başsağlığı verdikləri üçün minnətdarlığını bildirib və Şərqi Qüds paytaxtı olmaqla Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb. Türkiyə lideri, həmçinin İsrailə silah satışını dayandırmağa çağırıb.


Rusiya Prezidenti Vladimir Putin isə Ərdoğanın müstəqil xarici siyasət apardığını qeyd edib.


"Hörmətli cənab prezident, Türkiyə sizin rəhbərliyiniz altında müstəqil xarici siyasət həyata keçirir və bu, böyük hörmət doğurur", - deyə Putin Türkiyə liderinin çıxışından sonra bildirib.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM