Energetika sferasında birgə layihələrin reallaşdırması müzakirə edilib.Rusiya prezidenti Vladimir Putin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayip Ərdoğanla telefonla danışıb.ANS PRESS xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.Telefon danışığında energetika sferasında birgə layihələrin reallaşdırması müzakirə edilib. Qeyd edək ki, telefon danışığı türk tərəfinin təşəbbüsü ilə olub.“Liderlər energetika sferasında birgə layihələrin reallaşdırması daxil olmaqla ikitərəfli gündəliyin bəzi aktual məsələlərini müzakirə ediblər. Müxtəlif istiqamətlər üzrə Rusiya-Türkiyə əməkdaşlığının sonrakı genişlənməsində ikitərəfli maraq vurğulanıb”, - deyə xəbərdə bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !