Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir

12:02 | 20.10.2017
Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir

Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir

Erməni mətbuatına diqqət yetirdikə erməni elitasının müstəqillik dövründə əldə etdiyi hər şeyin sürüşdüyünü görmək olur.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazır ki, müstəqillik illərində erməni siyasi elitasının İrəvanda tikdirdiyi bütün malikanələr sürüşmə riski altındadır. Bu xüsusilə İrəvanın Sarı dağ məhəlləsində tikilmiş villalara aiddir. Qəzet iddia edir ki, güclü leysan bu villaların hamısını selə qarışdırıb Zəngi çayına tökəcək.

İkinci sürüşən erməni dəyəri Ermənistanın Savva Morozovu - biznesdə böyük uğurlar qazanmış kənd uşağı Qaqik Sarukyanın pullarıdır. "Jamanak" qəzetinin yazdığına görə, Sarukyanın zavodlarından birinin direktoru ondan bir neçə milyon dollar oğurlayaraq aradan çıxıb.

Ermənistanın populyar "1in.am” portalının tanınmış müəllifi  Sarqis Arsruni isə Ermənistanın altından dövlət müstəqilliyi kürsüsünün sürüşməsinə məqalə həsr edib. "Putin necə Koçaryanın əli ilə Ermənistanı "qeyri-dövlət”ə çevirdi” başlıqlı məqalədə bildirilir ki, Mixail Kasyanovun baş nazir olduğu 2000-ci illərin əvvəllərində Ermənistan öz müstəqilliyin cəmi 120 milyon dollar borca görə itirib.Üçüncü sürüşən erməni dəyəri isə konyakdır. "NEWS.am” portalının yazdığına görə, üzümlüklərdə geniş yayılmış filloksera böcəkləri nəinki hazır üzüm məhsulunu, hətta tənəkləri də dibindən məhv edir. Əlqərəz, müstəqil Ermənistanın konyakdan pis-yaxşı əldə etdiyi gəlirlər sürüşəcək.

"112 Ukraina” telekanalına müsahibə verən Mixail Kasyanov bildirib ki, bu məsələdə onun günahı yoxdur, çünki hər şeyi o vaxtkı prezident  Vladimir Putinin əmri ilə edib. Kasyanov bildirib ki, ümumiyyətlə, Vladimir Putin keçmiş sovet respublikalarını müstəqil dövlət saymayıb və indi də saymır. 

Qeyd edək ki, məsələnin bu tərəfi Azərbaycan üçün də maraqlıdır. Belə çıxır ki, Ermənistan o vaxt ən zəif həlqə olduğundan Moskva birinci onu sındırıb - Ermənistan artıq energetika obyektlərini, gömrük siyasətini, sərhədlərini, ordusunun hərbi komandlanlığını, xarici siyasətini Moskvaya təhvil verib. Ermənistan ordusunun bir hir hissəsi birləşmiş qoşunlar adı altında Moskvanın nəzarətinə verilib və s.    

Bu işdə Qarabağ münaqişəsində də özünü göstərir - Azərbaycan aprel döyüşlərində əks-hücum edir və müəyyən yüksəklikləri ələ keçirir, atəşin kəsilməsi barədə danışıqlar Rusiya ordusunun rəhbərliyi ilə Azərbaycan ordusunun rəhbərliyi arasında aparılır. Qarabağ üzrə bəzi danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan nümayəndə heyəti ilə birlikdə oturur və s.

Bunun üçün əsas məqsəd güclü iqtisadiyyat və güclü hərbi sənaye qurmaq olmalıdır. Qarabağ münaqişəsi əslində Azərbaycanın hərbi-siyasi qüdrətinin artırılması üçün əsas stimulverici səbəbə çevrilməlidir. Və bir gün bütün dünya Azərbaycanın da ataları ağqoyunlular, qaraqoyunlular, səfəvilər, afşarlar və qacarlar kimi ən azından regional gücə çevrilməsinin şahidi olmalıdır.Post-sovet məkanında bəzi respublikalar da obyektiv və subyektiv səbəblərdən Ermənistanın yolu ilə getməyə məcbur oldular. Amma göründüyü kimi, hələ Azərbaycan dözür və müstəqilliyini qoruyur. Dövlət rəhbərliyi diqqətli olmalıdır və hansısa işğal edilmiş ərazilərin geri qaytarılması vədi ilə perspektivdə müstəqilliyin 100 faiz itirilməsi ilə nəticələnəcək layihələrə qoşulmamalıdır. Azərbaycanın işğal edilmiş ərazilərini öz müzəffər ordusu hərbi yolla azal etməlidir.

Çingiz Rüstəmov
İstiPress




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM