Putin: “Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur"

16:00 | 04.03.2014
Putin: “Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur"

Putin: “Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur"

Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur. Lakin belə bir imkan var. APA-nın məlumatına görə, bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib. Putin qeyd edib ki, ordudan ən son məqamda istifadə oluna bilər. “Ancaq Ukraynanın qanuni prezidentinin hərbi yardımla bağlı bizə müraciəti var. İndi biz Ukraynada neonasistlərin, millətçilərin əməllərini görürük. Lakin qoşun yeridilməsi ən son addımdır”. Rusiya prezidenti həmçinin bildirib ki, Kiyev Maydanında etirazçılara təxribatçı qüvvələr atəş açıb. “Berkut” xüsusi təyinatlılara qarşı da atəş açıldığını deyən Putin qeyd edib ki, Yanukoviçin Kiyevdən güc strukturlarının çıxarması böyük səhv olub. “O mənə zəng edərək bu barədə məlumat verdi. Mən isə ona dedim ki, güc strukturlarını Kiyevdən çıxarmaq olmaz, çünki xaos yaranacaq. Lakin o mənə qulaq asmadı”, - deyə o vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb