“Putin hər iki halda məğlub olacaq” - AÇIQLAMA

19:54 | 06.03.2014
“Putin hər iki halda məğlub olacaq” - AÇIQLAMA

“Putin hər iki halda məğlub olacaq” - AÇIQLAMA

Ötən gün yayılan məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd bölgələrində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verib.Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, dünən Putinə təlimlərin uğurla keçdiyi haqda məruzə edilib. Bundan sonra Putin hərbi birləşmələrin komandirlərinə hərbi hissələrə qayıtmaq haqda göstəriş verib. Rusiya prezidenti son açıqlamasında həmin hərbi təlimlərin Ukrayna ilə əlaqəli olduğuna inkar etsə də, indiki məqamda baş verənləri Rusiyanın Qərbə əzələ nümayişi və geri çəkilməsi kimi şərh etmək olar.Mövzu ilə bağlı olaraq Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin qurucularından olan və hazırda Yeni Nəfəs Hərəkatının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu ANN.Az-a açıqlama verib. X.Elxanoğlu açıqlamasında bildirib ki, Putin hər iki halda məğlub olacaq: “Putin dalana dirənib. Arxaya çəkilsə və məğlubiyyətini qəbul etsə, Rusiya anında çökəcək. Nəticədə o, devrilmiş diktator dostlarının yanına gedəcək, ya da Rusiya parçalanacaq. Əgər inandkarlıq etsə, iqtisadi baxımdan məhv olacaq. Dünyadakı bütün qüdrətini və dostlarını itirəcək. Bir neçə ildən sonra yenə də parçalanacaq. Bir sözlə, özünü Pyotr, Lelin gözündə görən cənab Putin Ukraynada udsa da, uduzsa da, nəticə etibarı ilə məglub olacaq. Bunu özü də gözəl anlayır”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM