Rusiya Prezidenti Vladimir Putin "2014-cü ilin rüşvətxoru” adına layiq görülüb.
Axar.az xəbər verir ki, bu barədə məlumat Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsinin (Organized Crime and Corruption Reporting Project/CCRP) 2014-cü ilə olan hesabatında yer alıb.
Layihənin redaktoru Dru Sallivan Putinin "Krımda və Ukraynanın şərqində separatçıları dəstəklədiyi və cinayətkarlardan istifadə etdiyi üçün” bu mükafata layiq görüldüyünü bildirib.
Hesabatda mükafatın sahibinin seçilməsindən bu yana Putinin hər il "finala" çıxdığı qeyd olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !