ANN.Az "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, gələn həftə prezident Vladimir Putinin rəhbərliyi ilə keçiriləcək Rusiya Təhlükəsizlik Şurasının iclasında internet şəbəkəsinin xaricdən idarəolunması planı təqdim ediləcək. Xəbərin etibarlı təhülkəsizlik qurumlarından alındığını deyən qəzet yazır ki, internet günümüzdə kütlələrə xitab edən ən önəmli ictimai silahlardan biridir:
"Bunu yaxşı anlayan Rusiya hakimiyyəti xarici qüvvələrdən və ya daxili çaxnaşmalardan özünü sığortalamaq üçün interneti tamamilə nəzarət altına almağı düşünür. Hər hansı fövqəladə vəziyyətdə İnternet tam bağlanmayacaq, amma Rusiyanın dünya ilə bağlantısı sual altına alınacaq. Hər hansı fövqəladə hal baş verərsə, bir an içərisində xəbərlərin paylaşılması sistemi özəl şirkətlərdən alınaraq Federal Xəbər Paylaşma Agentliyinə təslim ediləcək. Hətta Rusiya lazım bildiyi anda interneti bir anda kəsmə planı üzərində də çalışır və bununla bağlı məsələ yaxın günlərdə keçiriləcək Rusiya Təhülkəsizlik Şurasının iclasında müzakirə ediləcək".
ANN.Az