Rusiya prezidenti Vladimir Putin Kiyevi çağırıb ki, Debaltseve şəhərində rusiyapərəst yaraqlıların mühasirəsində olan əsgərlərin təslim olmasına icazə versin, onlar silahı yerə qoysunlar. Atəşkəs sazişinə baxmayaraq, Ukraynanın şərqindəki bu strateji şəhərdə şiddətli döyüşlər gedir.
Putin Macarıstana səfəri zamanı danışıb, deyib ki, münaqişə "hərbi yolla" həll oluna bilməz.
Ukrayna ordusunun sözçüsü Anatoliy Stelmakh bildirib ki, Debaltsevedə "bir neçə ordu bölümü mühasirəyə alınıb".
Ukrayna prezidenti Petro Poroshenko Almaniyanı kansleri Angela Merkel-lə telefonla danışıb, deyib ki, Debaltseveyə yaraqlıların hücumu atəşkəsə "sinik hücumdur". O, beynəlxalq ictimaiyyəti "Rusiya və yaraqlıların xəyanətkar addımlarına" "sərt" reaksiya verməyə çağırıb.
Bu arada BMT-nin Təhlükəsizlik Şurası fevralın 17-də bəyanat yayaraq tərəfləri "münaqişəni dərhal dayandırmağa", ötən həftə Minskdə Almaniya və Fransa ilə birlikdə əldə olunmuş atəşkəs sazişinə əməl etməyə çağırıb.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !