Putin Krım tatarlarına xəbərdarlıq edir

12:55 | 18.08.2015
Putin Krım tatarlarına xəbərdarlıq edir

Putin Krım tatarlarına xəbərdarlıq edir


Rusiya prezidenti Vladimir Putin etnik tatarlara xəbərdarlıq edib ki, Krımda xüsusi status uğrunda mübarizə aparmasınlar. Moskva Krımı ötən ilin martında anneksiya edib.
 
Müsəlman tatarlar Krımın əhalisinin 10 faizindən çoxunu təşkil edirlər və ötən il Rusiyanın işğalına qarşı çıxıblar. Krım tatarlarına yeni hakimiyyətə qaynayıb-qarışmaq üçün təzyiq olunur.
 
Putin Krıma turizmin və inkişafın təbliği məqsədilə 3 günlük səfər edib. O, avqustun 17-də müxtəlif azlıqların təmsilçiləri ilə görüşüb.
 
Opolznevoe kəndində kurort mərkəzindəki görüşdə tatarlar da iştirak edib.
 
"Etnik münasibətlər həssas məsələdir,” Putin elçilərə deyib. "Konkret etnik qrupa xüsusi hüquqların verilməsi aşırı təhlükəli sayıram”.
 
Putin onu da deyib ki, Moskva xaricdən maliyyələşən qrupların yarımadada tatarlarım problemləri ilə oynayaraq sabitsiklik yaratmasına imkan verməyəcək.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM