Martın 6-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə operativ iclas keçirib.“Media forum” saytının məlumatına görə, iclasda Ukrayna torpağı olan Krım Muxtar Respublikası parlamentinin bugünkü qərarları müzakirə olunub. Rusiyanın baş naziri Dmitri Medvedyev, parlamentin aşağı palatasının sədri Sergey Narışkin, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərin qatıldığı toplantının detalları açıqlanmır.Krım parlamenti martın 6-da bölgənin Rusiya Federasiyasına birləşdirilməsi haqqında qərar qəbul edib. Deputatlar Rusiya prezidentinə Krımın federasiya subyekti olması prosedurasına başlamaq xahişi ilə müraciət ünvanlayıblar. Parlamentin başqa bir qərarına əsasən, martın 16-da yarımadada referendum keçiriləcək. Referenduma çıxarılan bir sual Krımın Rusiyaya birləşdirilməsi, digəri bölgənin muxtariyyətinin daha geniş olduğu 1992-ci il konstitusiyasına qayıtmaq barədədir.Ötən ayın sonunda Rusiya ordusu Krımı işğal edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !