Putin Macarıstanda etirazlarla qarşılandı

12:20 | 17.02.2015
Putin Macarıstanda etirazlarla qarşılandı

Putin Macarıstanda etirazlarla qarşılandı

Prezident Vladimir Putin fevralın 17-də Macarıstana səfər edir. Bu, Rusiya liderinin iyundan bəri Avropa Birliyi ölkəsinə ilk səfəridir.

Fevralın 16-da minlərlə macarıstanlı Putin-in səfərinə etiraz olaraq küçələrə çıxıb. Etirazçılar baş nazir Viktor Orban-ı Macarıstanın "putinləşdirilməsini" dayandırmağa çağırıblar.

Orban Rusiyapərəst mövqe ilə fərqlənir. Ötən yay deyib ki, Macarıstanda Rusiya və Türkiyədə olduğu kimi "məhdud demokratiya" qurmaq istəyir.

Macarıstan lideri Rusiya ilə uzunmüddətli çevik qaz təchizatı sazişi razılaşdırmaq istəyir. Müşahidəçilərin fikrincə, Putin Orban-a təzyiq göstərə bilər ki, Avropanın gələcək sanksiyalarını dayandırsın. Macarıstan AB-nin Rusiyaya sanksiyalarını dəstəkləyib, ancaq onların mənfi təsirini də vurğulayıb.

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM