Putin erməni diplomata daha bir ölkəni də tapşırdı

23:44 | 14.08.2020
Putin  erməni diplomata daha bir ölkəni də tapşırdı

Putin erməni diplomata daha bir ölkəni də tapşırdı

Rusiya Prezidenti Vladimir Putin Sergey Məlik-Bağdasarovun Rusiya Federasiyasının Haitidəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb, bununla bağlı  müvafiq fərman hüquqi məlumat portalında yayımlanıb.

Fərmanda deyilir: "Məlik-Bağdasarov Sergey Mixayloviç Rusiya Federasiyasının Haiti Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

Fevral ayından etibarən Məlik-Bağdasarov Rusiyanın Venesueladakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

Məlik-Bağdasarov 1968-ci ildə anadan olub. 1994-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirib.
O, həmçinin XİN-in Latın Amerikası Departamentinin direktor müavini vəzifəsində də çalışır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM