Rusiya prezidenti Vladimir Putin özünü dəmir qanadlı göyərçin adlandırıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri RF prezidenti Valday forumunun iştirakçılarının suallarına cavab verərkən deyib.
"Mən göyərçinəm, lakin mənim dəmir qanadlarım var”, - Putin bildirib. Rusiya prezidenti "hətta öz qanadlarını göstərmək üçün forum iştirakçısının qarşısında əllərini də yelləyib”.
Putin həmçinin bildirib ki, Rusiya Minsk danışıqlarından imtina etməyəcək.
"Biz bu razılıqları sonadək dəstəkləyəcəyik, Petr Poroşenkoya qaldıqda isə, mən onu bundan sonra da dəstəkləyəcəm”, - Rusiya prezidenti deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !