Putin: Müharibənin tarixini dəyişmək cəhdləri Rusiyanı sarsıtmağa yönəlib

19:08 | 17.03.2015
Putin: Müharibənin tarixini dəyişmək cəhdləri Rusiyanı sarsıtmağa yönəlib

Putin: Müharibənin tarixini dəyişmək cəhdləri Rusiyanı sarsıtmağa yönəlib

"Onların məqsədi aydındır”.

İkinci dünya müharibəsinin tarixini saxtalaşdırmaq və yeniləmək cəhdləri müasir Rusiyanın nüfuzunu və qüvvəsini sarsıtmağa yönəlib, çərşənbə axşamı Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib.

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Putin tarixin saxtalaşdırılması cəhdlərinə qarşı möhkəm dayanmağa çağırıb.

"Bəzən həqiqətən bu abırsız həqiqətlə heç bir əlaqəsi olmayan çıxarışları səsləndirməyə adamın dili gəlmir. Onların məqsədi aydındır – müasir Rusiyanın qüdrətini və mənəvi nüfuzunu sarsıtmaq, onu qalib ölkə statusundan və buradan meydana gələn bütün beynəlxalq-hüquqi nəticələrdən məhrum etmək, xalqları ayırmaq və qarşı-qarşıya qoymaq, tarixi spekulyasiyalardan geo-siyasi məqsədlə istifadə etmək”, - prezident Qələbənin 70 illik yubileyinin qeyd edilməsi üzrə təşkilat komitəsinin iclasında deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM