"Kalibr” uzaq məsafələrə zərbədə öz effektivliyini nümayiş etdirdi.
Rusiya prezidenti Vladimir Putin RF-da qadağan edilmiş "İslam dövləti” (İŞİD) terrorçuları ilə mübarizə kampaniyasında nüvə başlıqlı raketlərdən istifadə etməyin lazım gəlməyəcəyinə ümid edir.
Oxu.Az Putinin Kremlin saytında dərc olunmuş çıxışından sitatlar gətirir.
Putin müdafiə naziri Sergey Şoyqu ilə Aralıq dənizindən "Rostov-na-Donu” gəmisindən "Kalibr” raketləri ilə yaraqlıların mövqelərinə endirilən zərbələri müzakirə edib.
""Kalibr” növbəti dəfə uzaq məsafələrə zərbədə öz effektivliyini nümayiş etdirdi”, - Şoyqu qeyd edib.
"Bu, yeni, müasir, effektiv və yüksəkdəqiqlikli silahdır. Bununla yanaşı, bu silah həm adi başlıq, həm də nüvə başlığı ilə təchiz edilə bilər” - prezident şərh edib.
"Təbii ki, terrorçular ilə mübarizədə bu lazım deyil.
Ümid edirəm ki, lazım olmayacaq da”, - Putin sözünü yekunlaşdırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !