İmkan yaratmaq lazımdır ki, Dnestryanı bölgədə yaşayan əhali taleyini özü həll etsin.APA-nın məlumatına görə, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib. Dnestryanı probleminin mürəkkəb olduğunu bildirən Putin orada çoxlu sayda rusiyalıların yaşadığını və onların əksəriyyətinin Rusiyaya meyilli olduğunu vurğulayıb. “Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanı bölgədən blokadanı aradan götürmək gərəkdir”, - deyə o qeyd edib.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !