Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti monqolustanlı həmkarı ilə də danışıqlar aparacaq.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması da nəzərdə tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !