Rusiya prezidenti Vladimir Putin ad gününü qeyd edən ABŞ prezidenti Barak Obamaya təbrik teleqramı göndərib.
Oxu.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Təbrik teleqramı ABŞ prezidentinə göndərilib. Vaxt fərqini nəzərə alsaq, o, prosesdədir”, - o deyib.
Peskov şərh verərkən Vaşinqtonda səhər saat 5:15 olub.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 1961-ci ilin avqustun 4-də Honoluluda anadan olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !