ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya Nəzarət Qurumundan lisenziya ala bilməyən krım tatarlarının ATR televiziya şirkəti yayımını dayandırmaq məcburiyyətində qalıb. Televiziya kanalının rəhbəri Lenur İslamov şirkətin satılması ilə bağlı təkliflərin gəldiyini, amma bunları rədd etdiyini deyib: "Bu torpağın sahibi bizik. Bizim bu torpaqlarımızda öz prinsiplərimizi və milli mənfəətlərimizi qorumağımız lazımdır. Fikrim belədir və gələcəkdə də dəyişən deyil".
Krımın Rusiyaya ilhaqından sonra ATR telekampaniyası ötən ilin oktyabr ayından indiyə kimi 4 dəfə Rusiya Nəzarət Qurumuna rəsmi qaydada müraciət etsə də, hər dəfə yox cavabı alıb.
2006-cı ildən fəaliyyətə başlayan krım tatarlarının ATR televiziyası tatarca, rusca və ukraynaca verilişlər yayımlayırdı.
Bizi sosial şəbəkələrdə izləyin !