Putin, oğullarımızı qaytar - Ermənistanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası - VİDEO

14:06 | 23.11.2022
Putin, oğullarımızı qaytar - Ermənistanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası - VİDEO

Putin, oğullarımızı qaytar - Ermənistanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası - VİDEO

İrəvanda itkin düşən və həlak olan hərbçilərin yaxınları noyabrın 23-də etiraz aksiyası keçirib. Onlar hakimiyyətdən və beynəlxalq strukturlardan əsir, itkin düşmüş oğullarını geri qaytarmağı tələb edirlər.


Aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfirliyinin binasına doğru yürüş ediblər. Onların əllərində erməni və rus dillərində yazılmış plakatlarda "Putin, oğullarımızı qaytar”, "Ermənistanla Rusiya arasında qardaşlıq dağılmasın”, "Erməni əsirləri Azərbaycandan qaytarın”, "İtkin düşənlər girovların əlindədir. Əliyev”, "Vladimir Vladimiroviç, uşaqlarımızı geri qaytarmağımıza kömək et”  şüarları səsləndiriblər.

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinin binası ilə üzbəüz Zəkyan küçəsini bağlayıblar.

Ölən əsgərin qohumu Arsen Qukasyan jurnalistlərə müsahibəsində etirazçıların tələbini - itkin düşənlərin vəziyyətinin tez aydınlaşdırılması və onların dərhal geri qaytarılması tələbini təqdim edib.
 
"Biz üç gündür Putinin səfərinə hazırlaşırıq. 9 noyabr bəyanatının bir hissəsində Rusiya üçüncü tərəf olduğundan və 8-ci bənd bu günə qədər yerinə yetirilmədiyindən biz ondan ardıcıl olmağı və uşaqlarımızın qaytarılması məsələsində bütün vasitələrdən istifadə etməyi tələb edirik. Çağırışımız təkcə ona deyil, hamıya ünvanlanıb. Bir neçə gün əvvəl Putinin administrasiyasına məktub göndərdik ki, Ermənistana səfəri zamanı vaxt tapsın və 3-4 valideynlə görüşüb bizi dinləsin. Cavab verdilər ki, məktub Rusiya Xarici İşlər Nazirliyinə göndərilib, bizə məlumat veriləcək” - o bildirib.
 
Ermənistanın baş naziri Nikol Paşinyan tvitter səhifəsində paylaşıb edərək açıqlayıb ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 217 nəfər itkin düşüb.

Baş nazir onu da bildirib ki, cari ilin sentyabrında iki ölkə sərhədində  baş verən gərginlik zamanı 29 erməni itkin düşüb.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb