Putin parlament seçkilərinin erkən keçirilməsini təsdiqlədi

18:36 | 15.07.2015
Putin parlament seçkilərinin erkən keçirilməsini təsdiqlədi

Putin parlament seçkilərinin erkən keçirilməsini təsdiqlədi

Rusiyada parlament seçkiləri nəzərdə tutulduğundan 3 ay tez keçiriləcək.

Prezident Putin 2016-cı ildə parlament seçkilərinin əvvəl nəzərdə tutulmuş vaxtdan 3 ay tez keçirilməsi barədə qanunu imzalayıb.

Qüvvəyə minmiş sənədə görə Rusiyada parlament seçkiləri dekabr ayından sentyabr ayının üçüncü bazar gününə keçirilərək sentyabrın 18-ə təyin olunub.

Iyulun 3-də qanun Rusiya parlamentində 2-ci və 3-cü oxunuşdan keçirilərək iyulun 8-də Federasiya Şurası tərəfindən bəyənilib.

Senatorların Dövlət Duması haqqında qanuna etdikləri dəyişikliyə əsasən, bundan sonra aşağı palataya seçkilər sentyabrın üçüncü bazar günü keçirilməlidir.bbc.comazeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM