Putin: Pensiyaya çıxmaq fikrində deyiləm

13:30 | 17.09.2018
Putin: Pensiyaya çıxmaq fikrində deyiləm

Putin: Pensiyaya çıxmaq fikrində deyiləm

Rusiya prezidenti Vladimir Putin Çinin "Alibaba” portalının rəhbəri, biznesmen Cek Ma ilə görüşündə bildirib ki, pensiyaya çıxmaq fikrində deyil. 

Oxu.Az xəbər verir ki, bu sözləri Putinin mətbuat katibi Dmitri Peskov "Rossiya 1” telekanalında yayımlanan "Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

Peskov bildirib ki, Putin biznesmendən pensiyaya çıxacağı ilə bağlı informasiyanın doğruluğunu soruşub.

"Bütün dünya Cek Manın pensiyaya çıxmaqla bağlı xəbərini müzakirə edib. Putin də bununla maraqlandı: "Siz niyə pensiyaya çıxırsınız? Öz enerjinizə qarşı niyə belə edirsiniz?” Bu sözləri artıq 65 yaşı olan prezident deyib və o əlavə edib ki, pensiyaya çıxmaq fikrində deyil”.

Rusiya prezidentinin Şərq İqtisadi Forumu çərçivəsində görüşü sentyabrın 11-də keçirilib. 

Xatırladaq ki, "The New York Times” qəzeti Cek Manın sentyabrın 10-da 54 yaşında pensiyaya çıxdığını açıqlayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM