Rusiya prezidenti Vladimir Putin Gömrük İttifaqının yaradılması ilə bağlı iddiasını yenidən bəyan edib.ANN.Az Modern.az-a istinadən bildirir ki, Kremldə çıxış edən Rusiya prezidentinin bəyan etdiyinə görə, postsovet ölklərinin yerləşdiyi Avrasiya məkanında inteqrasiya prosesi davam edir.“Avrasiya məkanında inteqrasiya prosesi ardıcıl olaraq inkişaf edəcək. İndi gündəlikdə Gömrük İttifaqının genişləndirilməsi məsələsi durur” - deyə Putin vurğulayıb.O, Gömrük İttifaqını “Avrasiya İttifaqının yaradılmasına aparan çıxış” adlandırıb.“Gömrük İttifaqının genişləndirilməsi daha yüksək inteqrasiya səviyyəsi olan Avrasiya İqtisadi İttifaqının yaradılmasına aparır və bu proses uğurla nəticələnəcək” - deyə Putin vurğulayıb.Qeyd edək ki, Ukrayna böhranından sonra Rusiya prezidenti ilk dəfədir ki, yenidən Avrasiya İttifaqı ilə bağlı ideyadan danışıb. Müşahidəçilər Krımın ilhaq edilməsindən sonra Avrasiya İttifaqı ideyasının artıq dəfn olunduğunu bildirirdilər. Çünki Ukrayna olmadan Avrasiya İttifaqının perspektivi xeyli dumanlı görünür.Qazaxıstan xarici işlər nazirinini bir neçə gün əvvəl verdiyi açıqlama isə Putinin Avrasiya İttifaqı layihəsində prinsipial mövqe tutduğunu göstərir. May ayında Qazaxıstan artıq Avrasiya İttifaqının yaradılması barədə sazişi imzalayacağını bəyan edib.Xatırladaq ki, Azərbaycan Gömrük İttifaqına daxil olmaqdan imtina edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !