ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Kremldə 2014-cü ili dəyərləndirən Putin xarici və daxili siyasət, iqtisadiyyat, səhiyyə, milli təhlükəsizlik və təhsil kimi mövzulara toxunub.
Putin təxminən bir saat davam edən nitqinə Ukraynadan tək tərəfli müstəqilliyini elan edərək Rusiyaya qatılan Krımla başlayıb:
"Krım və Sevastopol təşkil edilən referendumla Rusiyaya qatıldı. Krım bizim üçün strateji əhəmiyyət daşıyır. Krım və Sevastopol bizim üçün Qüdsdəki Məbədin müsəlmanlar və yəhudilər üçün daşıdığı müqəddəs bir dəyər kimidir. Bəzi Avropa ölkələri üçün suverenlik və milli qürur unudulmuş bir dəyərdir. Amma Rusiya üçün tamamilə zəruri şərtlərdən biri olduğunu söyləmək istəyirəm".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !