Putin Qərbə sərt cavab verdi

18:09 | 04.11.2015
Putin Qərbə sərt cavab verdi

Putin Qərbə sərt cavab verdi

Sənəd 2016-cı ilin yanvar ayının 1-də qüvvəyə minir.

Rusiya prezidenti Vladimir Putin Rusiya əmlakının xaricdə həbsinə cavab tədbirləri haqqında qanun imzalayıb, Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir.

Sənəd Hüquq informasiyasının portalında dərc edilib.

Qanun xarici dövlətin ədliyyə immunitetini Rusiya ərazisində qarşılıqlı prinsip əsasında məhdudlaşdırmağa imkan verir.  

Qeyd edildiyi kimi, Rusiya məhkəməsinə iddia irəli sürən, araşdırma aparan və yaxud da digər bir fəaliyyətə başlayan xarici dövlət məhkəmə immunitetindən etiraz etmiş hesab ediləcək.

Qanun ilk dəfə Rusiya məhkəməsi tərəfindən xarici dövlətin immunitetinin qarşılıqlı prinsip əsasında məhdudlaşdırılması imkanını nəzərə alır.  

Sənəd 2016-cı ilin yanvar ayının 1-də qüvvəyə minir.

Qeyd edək ki, daha öncə Moskva YUKOS səhmdarlarının irəli sürdükləri iddiada uduzduqdan sonra bəzi Avropa ölkələrində Rusiyanın əmlakına həbs qoyulmuşdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM