"Ukraynanın şərqindəki Rusiya qoşunlarının əsas hədəfi separatçıların döyüş bacarığını artırmaq üçün onlara təlim keçirməsidir. Bundan başqa onlara artilleriya və logistik dəstək verirlər. Rusiya hərbçilərinin iştirakı olmadan separatçılar heç bir şey edə bilməzdi”.
Modern.az xəbər verir ki, bunu İsveçin keçmiş xarici işlər naziri, hazırda Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri vəzifəsində çalışan Karl Bildt Almaniyanın "Bild” nəşrinə açıqlamasında deyib. Karl Bildt bildirib ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Ukraynada stabilliyi pozmaqdır.
"Mən konkret hücum planlarının olacağını deyə bilmərəm. Amma düşünürəm ki, o, Ukraynada stabilliyi pozmaqla Qərbi qarşı-qarşıya qoymaq istəyir. Bu o deməkdir ki, Putin Avropa İttifaqının və ABŞ-ın arasında münaqişənin olmasını arzulayır”,-deyə sabiq nazir qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !