Bu arada Rusiya prezidenti Vladimir Putin gəmidə həlak olan şəxslərin ailələrinə maliyyə yardımın edilməsini tapşırıb. Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləyib: "Prezident operativ şəkildə axtarış-xilasetmə işləri barədə məlumat alır və ümumilikdə, prosesdə iştiraj edən nazirlik və idarələrin işindən razıdır”.
Qeyd edək ki, bu gün Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Son məlumatlara əsasən gəminin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.
Hazırda gəminin göyərtəsində olan 15 nəfərin axtarışı davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi ehtimal olunur.
Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.
Məlumata əsasən gəmi batan zamanı onun göyərtəsində olan azərbaycanlılar bunlardır:
Məhəmməd Səfər oğlu Səfərov (12.02.1964)
Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987)
Elman Sərdan oğlu Əliyev (17.10.1964)
Mayilağa Ulduz oğlu Talıbov (28.12.1964)
İmaməddin Hidayət oğlu Sadıqov (23.02.1969)
Fazil Bilal oğlu Şakirov (23.10.1959)
Yaşar Sərdan oğlu Əliyev (13.03.1975) //azvision.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !