Qazaxıstan sakinləri "Putinə tarix kitabı göndər" adlı etiraz aksiyası başlatmaq qərarına gəliblər.
ANS PRESS-in məlumatına görə, onları bu addımı atmağa Rusiya prezidentinin Qazaxıstanın tarixi haqqında söylədiyi və əks-səda doğarun ifadələr vadar edib.
Rossiya 24 telekanalını məlumatına görə, bir neçə gün əvvəl gənclər forumunda çıxış edən Vladimir Putin qeyd edib ki, Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb və Qazaxıstan prezidenti Nursultan Nazarbayev əvvəllər dövlət olmayan bir ərazidə dövlət qurub.
Putinin bu sözləri Qazaxıstan sakinlərinə "Ukrayna ssenarisi"ni xatırladaraq, onları narahat edib. Buna cavab olaraq, Qazaxıstan sakinləri respublikada son 500 il ərzində dövlətçiliyin mövcud olduğuna dair danılmaz faktları toplayaraq, Rusiya prezidentinə göndərmək qərarına gəliblər.
ANS PRESS