Rusiya prezidenti Vladimir Putin TASS dövlət xəbər agentliyinə müsahibəsində bildirib ki, Moskva Ukrayna böhranına görə Qərblə münasibətlərin korlanmasının “Dəmir pərdə” ilə nəticələnməsinə və ölkənin təcrid olunmasına yol verməyəcək.Vladimir Putin belə bir yolun təkrar olunmayacağını qətiyyətlə bildirib və deyib ki, təcridolunma Rusiya üçün fəlakətli olardı.Hazırda Rusiya ilə Qərb arasında münasibətlər Soyuq müharibə illərində yaranmış “Dəmir pərdə” qalxandan bəri ən gərgin çağlarını yaşayır.Krım olmasaydı başqa səbəb tapılacaqdıQərb Rusiyanı Ukraynanın daxili işlərinə qarışmamağa və ölkənin şərqindəki separatçılara silah-sursat, texnika və canlı qüvvə ilə dəstək verməməyə çağırır və Moskva üzərinə misli görünməmiş ağırlıqda sanksiyalar qoyulub.Öz növbəsibndə Rusiya israr edir ki, Qərb Rusiyanın geosiyasi və təbii maraqlarına hörmət göstərmir və Ukrayna belə maraqlardan biridir.Bununla belə, Vladimir Putin Qərb-Rusiya qarşıdurmasını TASS agentliyinə müsahibəsində fərqli bir şəkildə təfsir edib:“Siz elə bilirsiniz ki, bu bizim Ukrayna və Krım məsələsində mövqeyimizə görədir? Əlbəttə yox, - deyib Rusiya prezidenti, - Əgər bu olmasaydı, onlar başqa səbəb tapacaqdılar. Bu, həmişə belə olub”.Neft qiymətləri süni şəkildə endiriləndə…Təhlilçilər və şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, Rusiyanın Qərblə qarşıdurması ilə əlaqədar yaranmış çətinliklərinə neft qiymətlərinin enməsi və rublun məzənnədən düşməsi də əlavə olunub, hərçənd rublun ucuzlaşması birbaşa sanksiyalarla əlaqələndirilir.TASS agentliyinə müsahibəsində Putin neft qiymətlərinin kəskin enməsinin Moskvaya qarşı bilərəkdən edilməsinin də istisna olunmadığına işarə edib, lakin deyib ki, neft qiymətlərinin süni endirilməsi ABŞ və Səudiyyə Ərəbistanı kimi ölkələrin öz iqtisadiyyatına da zərbə vura bilər.Vladimir Putin bildirib ki, neft qiymətlərinin enməsinə səbəb ABŞ-ın şist yataqlarını inkişaf etdirməsi, Liviya və Səudiyyə Ərəbistanında istehsalın artmasıdır və bura İslam Dövlətinin əlində olan ərazilərdən qara bazara neft satılması da əlavə edilməlidir.Fəlakət tək Rusiya üçün olmayacaqBununla belə, Rusiya prezidenti deyib ki, neft qiymətlərinin enməsi, sanksiyalar, rublun ucuzlaşması heç də təkcə Rusiya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olmayacaq.Dolayısı ilə Putin bütün bunların Rusiya üçün fəlakətli ola biləcəyini etiraf edib.Rusiya prezidenti müsahibəsində deyib ki, Qərbin sanksiyalarından məqsəd Rusiyada hakimiyyətlə cəmiyyət arasında qarşıdurma yaratmaqdır.Bundan bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergei Lavrov Qərbin sanksiyalarından məqsədin Rusiyada rejim dəyişikliyi etmək olduğunu bəyan etmişdi.Putinin dostlarının insan haqlarıRusiya prezidenti isə sanksiyaların məhz “onun yaxın dostlarına qarşı tətbiq olunmasını” insan haqlarının pozulması adlandırıb.Vladiimir Putin həmçinin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını da istisna etməyib və deyib ki, hakimiyyətdə ömrünün axırınadək qalmaq niyyətində deyil.Putin deyib ki, konstitusiya onun 2018-ci ilin seçkilərinə qatılmağına imkan verir, hərçənd bu o demək deyildir ki, o seçkilərdə mütləq iştirak edəcək.Prezident bildirib ki, bu, “ümumi konteksdən, ölkə daxilindəki əhval-ruhiyyədən və onun şəxsi mövqeyindən asılı olacaq”.//Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !