Rusiya prezidenti Vladimir Putin noyabrın 5-də Azərbaycan Prezidentinin təyin etdiyi yeni səfir Rəhman Mustafayevin etimadnaməsini qəbul edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"2024-cü il noyabrın 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 28 xarici dövlətin yeni səfirinin etimadnaməsini qəbul edəcək”, - məlumatda bildirilir .Rəhman Mustafayev oktyabrın 10-da Prezidentin sərəncamı ilə Rusiyaya yeni səfir təyin edilib.
Azərbaycanın Rusiyada indiyədək səfir vəzifəsini Polad Bülbüloğlu icra edib.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat kimi qatılan Bülbüloğlu Şuşa dairəsindən qalib gələrək səfir vəzifəsindən geri çağrılıb.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat kimi qatılan Bülbüloğlu Şuşa dairəsindən qalib gələrək səfir vəzifəsindən geri çağrılıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !