Rusiya Prezidenti Vladimir Putin üçün sözün əsl mənasında surpriz hazırlanır.
Axar.az xəbər verir ki, Sovet İttifaqının faşist Almaniyası üzərində qalibiyyətinin 70-ci il dönümündə Putin üçün doğulduğu Sankt-Peterburq şəhərində heykəl ucaldılacaq.
Sputnikin məlumatına görə, bu heykəl Roma imperatorlarına məxsus şəkildə ucaldılacaq. Heykəli yaradan qrupun başçısı Andrey Polyakov verdiyi açıqlamada qeyri-adi heykəlin gələn ay açılışı olacağını deyib:
"Krımın Rusiyaya birləşdirilməsi kimi tarixi bir hadisə dəyərləndirilməliydi. Uzun müddətdir ki, bu layihə üzərində çalışırq. Putin son 100 ildə b u ölkənin gördüyü ən istedadlı dövlət başçıısıdır. Bu şəxs adının əbədiləşdirilməsini düşünür. Qafqaz, Cənubi Osetiya, Abxaziyaya sülhü Putin gətirdi”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !