Putin: Rusiyada "rəngli inqilablara" yol verilməyəcək

13:17 | 21.11.2014
Putin: Rusiyada "rəngli inqilablara" yol verilməyəcək

Putin: Rusiyada "rəngli inqilablara" yol verilməyəcək

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya höküməti ölkədə "rənqli inqilablara" bənzər hadisələrin baş verməməsi üçün var gücü ilə çalışacaq.

"Rənqli inqilablar dalğasının hansı faciələrə gətirdiyinin hamımız şahidi olduq...bunun Rusiyada baş verməməsi üçün əlimizdən gələni edəcəyik", Putin bəyan edib.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident "rənqli inqilabları" ekstremizmə bənzədib.

Onun təbirincə, müasir dünyada "rənqli inqilablardan" geosiyasi maraqlar və nüfuz dairəsini genişləndirmək üçün istifadə olunur.

"Biz ardıcıl olaraq ekstermizmin profilaktikası ilə məşğul olmalıyıq, onun əmələ gəlməsinin qarşısını almalıyıq", Putin vurğulayıb.

2014-cü ildə Rusiyada, o cümlədən internet vasitəsilə də, ekstremist ruhlu ictimai çağırışlara görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyəti sərtləşdirilib.

Oktyabr ayında Valday forumunda Putin Vaşinqtonu ekstermizmi maliyyələşdirməkdə ittiham edib.

Prezident Putinin təbirincə, "partnyorlar" təkrar-təkrar "eyni səhvə yol verirlər".

"Bir vaxtlar onlar Əfqanıstanda formalaşan və Sovet İttifaqına qarşı mübarizə aparan islamçı ekstremist hərəkətinə sponsorluq edirdilər", Rusiya prezidenti qeyd edib.

BBC Azeri

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM