"Putin Rusiyanın Ermənistandakı hərbi bazasını unudub"

22:45 | 22.12.2014

"Putin Rusiyanın Ermənistandakı hərbi bazasını unudub"

"Vladimir Putin Rusiyanın Ermənistandakı hərbi bazasını unudub. Vladimir Putin Rusiya xaricində mövcud olan baza və blokları artıq buraxıb”.
 
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov deyib. Ekspertin sözlərinə görə  Kreml başçısının bu mövqeyində Rusiyanın Ermənistanı xarici dövlət hesab etməməsi niyyətləri dayanmır.

Politoloq Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsi haqqında da danışıb. Sergay Markov hesab edir ki, Rusiya Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.  

Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü hərbi bazası 1995-ci ildə müqavilə əsasında fəaliyyətə başlayıb. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazasının yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar.  1995-ci ildə imzalanan müqavilənin müddəti isə  25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.     

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM