Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinə hərbi səfərbərlik və ərazilərin müdafiəsi üçün region rəhbərlərinin səlahiyyətlərinin artırılması barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu barədə Putin Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirib.
Putin Təhlükəsizlik Şurasından hüquqi bazanın təkmilləşdirilməsi üzrə təklifləri təqdim etməyi xahiş edib.
Prezidentin sözlərinə görə, hal-hazırda səfərbərliklə bağlı hazırlıqlarla Müdafiə Nazirliyi məşğul olur. Putin məsələlərin bu sferasında işlərin icrası ilə bağlı inzibati resursları toplamağın lazım olduğunu vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !