"Putin səmimi deyildi" - POLİTOLOQ

15:00 | 19.12.2014

"Putin səmimi deyildi" - POLİTOLOQ

"Əslində, Putin səmimi deyildi".

ANN.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün Facebook səhifəsində yazıb.

"Kseniya Sobçaka halaldır! Dünən Putinə sual verdi ki, bəs özünüz də hüquqşunassınız, necə ola bilər ki, Rusiyanın tərkib hissəsi olan Çeçenistanda ölkə Konstitusiyası işləmir, yerli prezident Kadırov terrorçuların qohumlarının evini yandırır? Putin cavabında Kadırovu anladığını, ancaq məhkəməsiz insanların cəzalandırılmasının, mülklərinin dağıdılmasının əleyhinə olduğunu bildirdi. Əslində, Putin səmimi deyildi. Çünki, Kadırov terrorçu adlandırdığı şəxslərin valideynlərinin evlərini yandıracağını son terror olayından sonra bəyan etmişdi, yəni hardasa 10 gün əvvəl. Bu müddətdə saytlarda Çeçenistanda evlərin yandırılmasına dair xəbərlər var idi və Putinin bundan xəbəri olmaya bilməzdi. Putin əgər bu prosesi qeyri-qanuni hesab edirdisə, elə o zaman müdaxilə etməli qatı tərəfdarı Kadırovu bu feaodal əməlindən çəkindiməliydi..."

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM