Putin: "Söhbət Krımdan getmir"

15:04 | 18.12.2014
Putin:

Putin: "Söhbət Krımdan getmir"

 "Ukrayna prezidenti razılığa gəlmək istəyir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi brifinqdə deyib.

"Biz Poroşenko ilə Minsk görüşünün təşəbbüskarları olmuşuq. Fikrimcə, Poroşenko problemin nizamlanmasının tərəfdarıdır. Lakin o orada tək deyil! Biz "Sonadək döyüşmək lazımdır” tipli bəyanatlar eşidirik”, - deyən V. Putin konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Jurnalistin "Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdirmi?” sualına isə V. Putin belə cavab verib: "Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir. Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti