"Bu cür planlar yoxdur”.
Rusiya prezidenti Vladimir Putinin sosial şəbəkələrdə səhifəsinin açılması planlaşdırılmır.
Oxu.Az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
"Bu cür planlar barədə məlumat yoxdur. Saytda "share” var. Bizim bütün rəsmi resurslar sosial şəbəkələrdə mövcuddur, onların adı saytda qeyd olunub”, - "Kommersant FM” radiosuna prezidentin mətbuat xidmətindən bildirilib.
Kremlin xəbərləri "Twitter”də yerləşdirilir, həmçinin Youtube kanalı da var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !