Putin "soyqırım" dedi

13:11 | 23.04.2015
Putin

Putin "soyqırım" dedi

Ermənistanda aprelin 24-də keçiriləcək qondarma "soyqırım" tədbirlərində iştirak etməyə hazırlaşan Pusiya prezidenti Vladimir Putin "soyqırım" ifadəsini işlədib. O, etnik qaynaqlı kütləvi qətliamlara haqq qazandıracaq həqiqətlərin olmadığını deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Putin Moskvada təşkil olunan "Soyqırımların olmadığı bir dünya" adlı proqrama göndərdiyi mesaj Kremlin rəsmi internet saytında yayımlanıb.

Prezident V.Putin mesajında "24 aprel 1915-ci ildə insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə bağlı kədərəli bir tarix" ifadəsini istifadə edib.

Putin 100 il əvvəl faciə qurbanları qarşısında baş əydiklərini vurğulayıb. O, Rusiyanın obyektiv və tutarlı olmağa davam edəcəyini deyən rus lideri "etnik kimliklərə görə kütləvi qətliamlara haqq qazandırmaq olmaz. Beynəlxalq toplum bu cür vəhşiliyi heç bir zaman və heç bir yerdə təkrarlamaması üçün lazım olan bütün addımları atmalıdırlar".

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti